Xətai Sənət Mərkəzi “Rəssamın əsəri həmkarının gözündə” adlı respublika rəsm müsabiqəsi elan edir.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Hollandiyanın rəssamlıq ləvazimatları istehsalçısı olan “Royal & Talens”in dəstəyi ilə reallaşacaq.
Müsabiqəyə fırça ustalarının son bir il ərzində işlədiyi sənət əsərləri qəbul olunacaq. Müsabiqə peşəkar rəssamlar arasında özünütənqidi formalaşdırmaq məqsədilə təşkil olunur. İlk turda seçim münsiflər tərəfindən aparılacaq. İkinci turda qalibi sərgilənən əsərlərin müəllifləri seçəcək.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.