Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Retro Bakı” layihəsi davam edir.
Layihə çərçivəsində həftəsonu Fəvvarələr meydanında konsert proqramları təşkil olunur.
Ötən həftəsonu keçirilən konsertlərdə tanınmış müğənni Təranə Mahmudova, rəqqasə Fatimə Fətəliyeva, gənc müğənnilər Nofəl Aslanov, Mircabbar Mirbabayev, Günel İlqarlı, Rasim Əsgərəliyev, Aynur Əliyeva, Nigar Süleymanova, Səbinə İsmayılova, Rus folklor ansamblı, “Xan” və “Banu” rəqs qrupları maraqlı çıxışlarını təqdim ediblər.
İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və rəngarəng musiqi nömrələrini dinləyiblər.
Qeyd edək ki, iyul ayında start verilən layihə üzrə tədbirlər oktyabrın ortalarınadək davam edəcək.