Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisinin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi bir həftə davam edəcək.