Avqustun 24-də Moskvada keçiriləcək 23-cü beynəlxalq “Çiçəklər” (“Flowers”) festivalında Azərbaycan da təmsil olunacaq.
Ölkəmizi bu sərgidə tanınmış florist Dmitri Turkan təmsil edəcək. Festivalda dünyanın 25 ölkəsindən 250-dək şirkətin iştirakı gözlənilir.
Sərginin mərkəzi ekspozisiyasında təmsil olunan ölkələrdən gətirilmiş çiçəklər sərgilənəcək. Festivalda dəyirmi masalar, mühazirələr, ustad dərsləri təşkil ediləcək, floristik nümayişlər, seleksiya yenilikləri təqdim olunacaq.
Festival avqustun 26-dək davam edəcək.