Oktyabrın 5-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Nağıllardan süzülən rənglər” adlı sərgi keçiriləcək. Sərgi Əməkdar mədəniyyət işçisi, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında rəssam kimi çalışmış Lətifə Quluzadənin yaradıcılığına həsr edilib.
Rəssamın eskizləri, bir-birindən rəngarəng dekorasiyaları, yüksək sənətkarlığı ilə seçilən geyimləri uzun illər balaca tamaşaçıların zövqünü oxşayıb. Tədbirdə L.Quluzadənin yaradıcılığından söz açılacaq, bədii tərtibat verdiyi tamaşalardan parçalar göstəriləcək.