Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti festivalı - Nar bayramı keçirilib. Tədbirdə Minsk Şəhər İcra Komitəsinin təmsilçisi Vitalin Rudikov, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Festivalın açılışında çıxış edənlər Azərbaycanın qədim tarixə malik adətlərindən, milli-mənəvi dəyərlərindən, mədəniyyətindən bəhs ediblər.
Rəsmi açılışdan və çıxışlardan sonra bayram tədbiri Azərbaycanın milli musiqiləri və rəqslərindən ibarət geniş konsert proqramı ilə davam edib. Festival çərçivəsində milli idman növlərindən bəzi nümunələr, Azərbaycan mətbəxinin ləziz təamları, onların hazırlanma qaydası iştirakçıların diqqətinə çatdırılıb.