Oktyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssam Fidan Əliyevanın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılacaq.
40-dan çox əsərin müəllifi olan gənc rəssamın tablolarının özünəməxsus cəhəti kompozisiya həllinin düşündürücü olmasında və stilistik müxtəlifliyindədir. Rəssam parlaq çalarlarla işləməyə üstünlük verir, bütün tablolarının onun əhval və hislərini duymaq mümkündür. Sərgi oktyabrın 13-dək davam edəcək.