Oktyabrın 12-də “Art Villa” qalereyasında “Dekorativ-tətbiqi sənət festivalı - 2016” başlanacaq. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Arts Council Azerbaijan” tərəfindən təşkil ediləcək. Layihənin kuratoru Səbinə Nəcəfovadır.
Festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Layihənin əsas məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsildə maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yaradıcı insanları aşkara çıxarmaq, Azərbaycan sənətkarlarını tanımaq və tanıtdırmaqdır.
Oktyabrın 16-dək davam edəcək festival ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi və bayram xarakteri daşıyır.