Noyabrın 1-dən Azərbaycan Memarlar İttifaqında ornament dərsləri başlanacaq. Bu haqda tanınmış memar Fəxrəddin Miralay məlumat verib. O bildirib ki, rəhbərliyi altında gənc memar, rəssam və dizaynerlərə bütün növ naxışlar öyrədiləcək. Dərslər istəkdən asılı olaraq 2 aydan 6 aya qədər keçiriləcək. 1 aylıq dərslər üçün ödəniş 50 manatdır. Sonda iştirakçılara sertifikatlar veriləcək.