Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin Mərkəzi kitabxanasında Dövlət Bayrağı Günü münasibətilə “Azadlığın carçısıdır, üçrəngli bayrağımız” adlı tədbir keçirilib.
Tədbir M.Maqomayevin “Azərbaycan” mahnısının videonümayişi ilə başlayıb. MKS-nin direktoru Nəcibə Hüseynova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədli, Elm Tarixb İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Mərziyyə Nəcəfova, 309 saylı tam orta məktəbin tarix müəllimi Gilə Süleymanzadə və digər çıxış edənlər gənclərdə vətənpərvərlik əzminin formalaşmasında dövlətçilik rəmzi olan bayrağın rolundan danışıblar.
Kitabxananın fəal oxucuları bayrağa həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər. 4 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda musiqilər səslənib.

Lalə