Bakı Xoreoqrafiya Akademiyasının (BXA) böyük zalında 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
İctimai fənlər kafedrasının müəllimləri Təranə İsmayılova və Nərgiz Qürbətovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademiyanın kollec pilləsinin II kurs tələbələrinin iştirakı ilə bədii-musiqili kompozisiya təqdim olunub. Tələbələr tərəfindən qurulmuş rəqslər tədbir iştirakçılarına xoş təsir bağışlayıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından danışan BXA-nın İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə tədris ocağının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevə xüsusi təşəkkürünü bildirib.