Noyabrın 23-də görkəmli bəstəkar, Xalq artisti Ramiz Mustafayevin (1926-2008) 90 illiyinə həsr olunmuş musiqi festivalı başlanır.
Festival çərçivəsində 23 noyabrda Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkarın mahnılarından ibarət “Ötən illərin nəğmələri” adlı musiqi axşamı keçiriləcək. 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlər, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Vaqif” operasının yenilənmiş quruluşda nümayişi nəzərdə tutulub.