Əməkdar artist, cazmen Şahin Növrəsli dekabrın 9-10-da Parisdə, “Duc Des Lombards” caz klubunda konsert proqramı ilə çıxış edəcək.
   Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.