Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə “Müqəddəs ana obrazının ən yaxşı ifaçısı” adlı tədbir keçirilib.
   Tədbirdə filialın müdiri Həmayə Əzizova görkəmli aktrisanın teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.
   Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotosərgi nümayiş etdirilib.