Dekabrın 8-də Kamera və Orqan Musiqisi Zalında Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun müəllif konserti keçirilib.
   Konsertdə Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universitetinin kamera orkestri çıxış edib. Gənc ifaçılar Fəridə Məmmədova, Sevinc Kərimova, Sevda Həsənova, İnci Azmanlı və Töhfə Əliyeva bəstəkarın tar və orkestr üçün yazdığı “Qarabağ”, “Rondeletto”, o cümlədən “Vals”, “Türk rəqsi” və başqa musiqi kompozisiyalarını səsləndiriblər. Konsertdə Dövlət Simli Kvartetinin ifasında da müxtəlif musiqi əsərləri dinlənilib.