Dekabrın 24-də Heydər Əliyev Sarayında “Odlar yurdum - Azərbaycan” adlı konsert proqramı keçiriləcək.
   Konsertdə xalq artistləri Mələkxanım Əyyubova, Ağadadaş Ağayev, Samir Cəfərov, Gülyaz Məmmədova, əməkdar artistlər Ədalət Şükürov, Nurlan Növrəsli, aşıq Samirə, Xəyyam Mustafazadə, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Elnur Məmmədli, Nazənin, Nicat Cəfərzadə, Kənan Qədimov, Natavan Həbibi və meyxanaçı Vüqar Əbdulov iştirak edəcəklər.
   Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.