Dekabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gənc solistlərin premyera konserti” adlı musiqi proqramı təşkil olunacaq.
   Musiqili gecədə dünya şöhrətli argentinalı bəstəkar Astor Pyazzollanın tanqo musiqiləri ilə yanaşı, italyan bəstəkarı Antonio Vivaldinin “İlin fəsilləri” adlı klassik musiqi əsəri ifa ediləcək. Bundan başqa, bir sıra dünya bəstəkarlarının klassik musiqi əsərləri səslənəcək.
   Layihənin əlaqələndiricisi, musiqişünas Emin Hüseynovun konsert proqramında yalnız klassik musiqi nömrələri təqdim olunacaq.