Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib. Tədbirdə idarənin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və digər qonaqlar iştirak ediblər.
   Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin “Aysel” rəqs kollektivinin ifasında “Sarı gəlin”, “Dənizçi”, “Qarabağ”, “Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri nümayiş olunub.