Türk əsilli Almaniya gözəli olan Əsli Bayram “Beyzanın qadınları” filmində oynadıqdan sonra ona gələn təkliflərin sayı artmaqdadır. ABŞ-da məşhur aktyor Erik Morrisdən bir il aktyorluq dərsləri alan Əslinin hüquq təhsili olsa da, kinoya marağı böyükdür.
   “Beyzanın qadınları” filmindəki ilk aktyorluq sınağı ilə Hollivudun diqqətini çəkən Əsli bir çox seriallarda da rol alıb. Türk gözəlinə indi Hollivuddan məşhur adlarla eyni layihədə iştirak üçün saysız-hesabsız təkliflər gəlir.
   Qeyd edək ki, Əsli Bayram 2005-ci ildə “Miss Germany” gözəlik yarışmasında “Almaniya gözəli” adını qazanıb. Gözəllik tacını qazanandan sonra onun həyatında yüksəlişlər başlayıb.