Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Vəkil hekayəti” filminin çəkilişləri yekunlaşıb. Komediya janrında çəkilmiş filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, rejissoru Ülviyyə Könüldür.
   Film müasir həyatda baş verən hadisələrdən, gənc və bacarıqlı vəkilin başına gələn əhvalatlardan bəhs edir. Filmin quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Rəşad Həşimov, quruluşçu rəssamı Rafiq Nəsirovdur. Filmdə Əməkdar artist Səidə Quliyeva, aktyorlar Bəhram Bağırzadə, Qorxmaz Əlili, Bəhruz Əhmədli, Toğrul Rzayev, Kamilə Babayeva və başqaları çəkilib. Filmin premyerası gələn ilin əvvəllərində keçiriləcək.