“Yaddaş” sənədli filmlər studiyasında “Qarabağa aparan yol” adlı filmin çəkilişləri gedir. Ekran əsəri Qarabağ müharibəsində həlak olmuş istedadlı rəssam və şair Fuad Qəribov haqqındadır. Filmin rejissoru Rafiq Hüseynlidir. F.Qəribovun sinif yoldaşları, dostları ilə olan müsahibələrin yer alacağı filmin çəkilişlərinin Quba, Qusar, Şamaxı və digər şəhərlərdə aparılması nəzərdə tutulub.