Tanınmış pianoçu, cazmen Elçin Şirinov Azərbaycan xalq mahnısı “Sarı gəlin”i Fransanın “Recall Studio Pompignan” studiyasında ifa edib. Bu barədə sənətçi özü məlumat verib. Xalq mahnısı E.Şirinovun aranjimanında məşhur cazmenlərlə birlikdə səsləndirilib. 
   İfaçını zərb alətlərində Eric Harland (ABŞ), elektrik bassda Linley Marf (Fransa), şeypurda Avishay Cohen və gitarada Yotam Silberstein (İsrail) müşayiət ediblər.