Azərbaycan sənətkarlarına həsr olunan konsert nümayiş olunub
   
   Xəbər verdiyimiz kimi, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında böyük Azərbaycan müğənniləri Rəşid Behbudovun 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçirilib. Bu günlərdə konsert Qırğızıstanın İctimai Televiziya və Radio Yayım Korporasiyasında (KTRK) tam olaraq göstərilib.
   Konsert bundan əvvəl KTRK-nın “Mədəniyyət” kanalında nümayiş etdirilmişdi. 
   Konsertin lent yazısının televiziya ilə nümayişindən əvvəl ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucovun və Qırğızıstan Opera və Balet Teatrının baş direktoru Bolotbek Osmonovun tədbirdəki çıxışları verilib. Çıxışlarda Azərbaycanın zəngin mədəniyyəti, ölməz sənətkarlar Rəşid Behbudov və Müslüm Maqomayev haqqında bəhs olunub.