Dekabrın 7-də Bakıdakı İran Mədəniyyət Mərkəzində İran animasiya filmlərinin nümayişi və uşaq və gənclər üçün praktik animasiya seminarları başladı. İranın Uşaq və gənclər üçün Beynəlxalq Animasiya Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin açılış mərasimində İran kinematoqrafiyasının son zamanlar beynəlxalq festivallarda qazandığı uğurlardan, o cümlədən Azərbaycan televiziyasında nümayiş olunan "İmam Əli", "Eşq vilayəti", "Həzrəti Yusif" filmlərindən bəhs olundu. Mərasimdə incəsənət xadimləri, eləcə də məktəb şagirdləri, müəllimlər iştirak edirdilər.
   Uşaq və gənclər üçün Beynəlxalq Animasiya Mərkəzinin nümayəndəsi xanım Məryəm Bafəkrpur çıxış edərək layihənin məqsəd və mahiyyətini diqqətə çatdırdı. Bir həftə davam edəcək seminar çərçivəsində uşaqlar müəyyən mövzular əsasında sonda bir animasiya filmi çəkib tamamlayacaqlar.
   
   Vəfa Zeynalova