Azərbaycanın nağıl-müzikl janrında çəkilmiş ilk animasiya filmlərindən olan “Onun ürəyi” adlı ekran əsərinin təqdimatı fevralın 2-də Heydər Əliyev Sarayında keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunmuş “Onun ürəyi” filmində Azərbaycanda ilk dəfə kompyuter qrafikası ilə yaradılmış qəhrəmanları aktyorlar səsləndirəcəklər. “ART Qlobal Production”un iştirakı ilə lentə alınmış animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Samir Kərimoğlu, filmin direktoru Mahir İbrahimov, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, kompyuter qrafikasının tərtibatçısı Tural Səfərovdur. Filmdə əsas rolları Əməkdar artist Təvəkkül Əliyev, gənc aktyor Murad Abdullayev, müğənnilər Aysel İbrahimova, Aygün Rəhimova, Aysel və Aytac İsayeva bacıları səsləndirirlər.