Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Milli kinolarımızı unutmayaq” layihəsi davam edir. 2010-cu ilin noyabrında start verilən layihənin məqsədi Azərbaycan milli kinoları, onların tarixi və məşhur aktyorları barədə tələbələrə daha çox məlumat verməkdir. Yanvarın 16-da layihə çərçivəsində 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə çəkilmiş “Sizi dünyalar qədər sevirdim” filmi təqdim olunub. Tədbirdə Həzi Aslanov obrazını canlandırmış Xalq artisti Ramiz Novruzov da iştirak edib. Nümayişdən sonra aktyorlar və tələbələr arasında filmin müzakirəsi keçirilib.