Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçiriləcək. Kitabxanadan bildirilib ki, AMEA-nın müxbir üzvi, Əməkdar elm xadimi Nizami Cəfərovun müəllifi olduğu kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib.