Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan Kamera və orqan musiqisi zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.
   Musiqili gecə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. 
   Konsertdə H.Sarabski adına məktəbin şagirdləri Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.