Martın 2-də görkəmli dramaturq Cəfər Cabbarlının “Almaz” əsəri əsasında çəkilmiş eyniadlı filmin 75 ili tamam olur. C.Cabbarlının ev-muzeyindən bildiriblər ki, 1936-cı ildə ilk dəfə dramaturqun ssenarisi əsasında “Almaz” filmi çəkilib. Filmin rejissoru Ağarza Quliyev, bəstəkarları Niyazi və Zülfüqar Hacıbəyli olub. Filmin 75 illiyi münasibətilə Cəfər Cabbarlının ev-muzeyində keçiriləcək tədbirdə görkəmli ədibin yaradıcılığından və filmlərə yazdığı ssenarilərdən söhbət açılacaq, “Almaz” filmi nümayiş etdiriləcək.