İyulun 28-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun İvanovka kəndində mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün beynəlxalq elmi-praktik seminar keçiriləcək.
   Tədbirin keçirilməsində məqsəd beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, mədəniyyət mərkəzlərində maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
   Seminarda məruzələr dinləniləcək, “Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazasının təqdimatı olacaq. Bədii hissədə İvanovka folklor və Xaçmaz Xalq teatrı kollektivlərinin iştirakı ilə tamaşaların nümayişi nəzərdə tutulur.