Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə fevralın 8-də Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə xatirə gecəsi və qala-konsert keçirəcək.
   Qala-konsertdə Qırğızıstanın əməkdar artistləri Asel Bekbayeva, Bakıt İbıkeyev, Milli Akademik Opera və Balet Teatrının solisti Almaz İstambayev, həmçinin digər populyar opera solistləri, ölkəmizdən isə Azərbaycanın Xalq artisti, professor Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova iştirak edəcəklər. İfaçıları Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızıstanın A.Cumaxmatov adına Akademik Simfonik Orkestri müşayiət edəcək. 
   Qala-konsertin baş rejissoru İsgəndər Saatbayevdir.