Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü
   
  Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün, yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin, nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm.
   
   Şənbə səhəri satın aldığım «Znamya» jurnalının son sayını evdən çıxarkən özümlə götürmüşdüm. Jurnalda Nazimin «Les Romantiques» (“Romantiklər”) adlı romanının son hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı ... Nazimə gəlincə, bizi heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü. Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada yazaram, bəlkə, gələcək ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu dörd misranı anlayacaq qədər buraxın mənə:
   
   «Fasilə...» - deyəcək bizə bir gün təbiət anamız, ­
   «gülmək, ağlamaq bitdi, uşağım...»
    «Və təkrar ucsuz-bucaqsız başlayacaq:
   «görməyən, danışmayan, düşünməyən həyat ... »
   
   Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon. Nazim. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn, görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və xeyr deyirəm, Nazim ola bilməz. Bəli, O, Nazim ... Ta özü, başqası deyil. Bütün insanlar kimi o da. Və şeirindəki bir uşağı xatırladım:
   
   «Rəcəb, damdan düşər kimi qarışdı sözə:»
   «Hərbə girdiyin zaman, bir gavur öldürüb»
   ……«bir qurtum ehtiva etsənsə qanını»
   ……«qorxu qalmazmış.»

   
   Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan ... ucsuz-bucaqsız həyat ... Nazim, səndən mənə ilk dəfə 1934 - də danışdılar, sən həbsdə idin, o zaman bir şeylər yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-də, bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsdən qurtardığımız zaman, bir on dörd iyul günü dhsdoğru həyatın içinə daldın. Amma bu il, səbirsizliyindən, iyulu gözləyə bilmədin ... Həbsanə xaricində on üç il, ya da buna yaxın bir şey, qırx səkkizindən altmış birə qədər, gözəl bir yaşam bu. On üç il, çox şey. Həbsanə xaricində öldün, bu da çox şey. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü. İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq... Sənin deyiminlə, mənzərəni bu ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı ...    

   6 İyun 1963
   Lui Araqon

   
   Türkcədən uyğunlaşdırdı: Turan