Qabriel Qarsia Markes
   
   esse
      
   Tanrı bir anlığına əski-üsküdən ibarət kukla olduğumu unudub, məni can verərək mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirməyə bilərdim, amma ən azından dilə gətirdiklərimi detallı şəkildə ağıl süzgəcimdən keçirər və düşünərdim. Əşyaların maddi tərəflərinə deyil, mənalarına dəyər verərdim. Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işığı düşünərdim. İnsan eşqdən imtina etsə, qocalar. Başqaları dayandığı zaman addımlamağa davam edərdim. Başqaları yatarkən, oyaq qalmağa çalışardım. Başqaları danışarkən dinlər, şokoladlı dondurmanın dadından zövq alardım. Əgər Tanrı mənə bir azca can versə, sadə geyinər, üzümü günəşə çevirər, yalnız bədənimi deyil, ruhumu da bütün çılpaqlığıyla açardım.
    Tanrım, əgər bir ürəyim olsaydı, nifrətimi buz üzərinə qazıyardım və günəşin görünməyini gözləyərdim.
   Səmadakı Aya ulduzlar boyda Van Qoq şəkilləri çəkər, Benedettinin şeirlərini oxuyar və serenadalar söyləyərdim. Göz yaşlarımla gülləri sular, bədənimə batan tikanlarının ağrısını hiss edərək, dodaq qırmızısı tac yarpaqlarından öpmək istədim. Tanrım, bir qurtumluq həyatım olsaydı... Qarşılaşdığım bütün insanlara onları sevdiyimi söyləyə bilmədiyim gün gəlməsin. Bütün qadın və kişiləri, ən sevdiyim insanlar olduqları barədə bir-bir razı salardım. Və sevgi içində yaşayardım. Kişilərə, qocaldıqları vaxt sevgini buraxmalarının nə qədər səhv olduğunu izah edərdim. Çünki insan eşqi buraxınca yaşlanar. Uşaqlara qanad verərdim. Amma uçmağı öz başlarına öyrənmələrinə imkan yaradardım.
    Yaşlılara isə ölümün yaşlanma ilə deyil, unutma ilə gəldiyini öyrədərdim. Ey insanlar sizlərdən nə qədər də çox şey öyrənmişəm.
   Yeni doğulan kiçik bir körpənin atasının barmağını sıxarkən əslində onu özünə sonsuza qədər qandalla məhkum etdiyini öyrəndim.
   Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim çox işə yaramayacaq.
   Çünki hamısını bir sandığa kilidlədim.
   Bədbəxt bir şəkildə...
   Artıq ölə bilərəmmi?
   
   Turan