Şabranda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda konfrans keçirilib.
   Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda çıxış edən İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Azərbaycan Xalq Cümhuriyyəti ili"ndə planlaşdırılan tədbirlərdən söz açıblar.
   Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il" mövzusunda mühazirə ilə çıxış edib.
   Fondun rayon nümayəndəsi, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət Şamxalovun "Şabranda bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə tarixi" adlı məruzəsi də dinlənilib.
   Məktəblilərin ifasında Vətənə, onun azadlığı və müstəqilliyi yolunda həyatını qurban vermiş şəhidlərə həsr olunan şeirlər səslənib.