Oğuz rayonunda yerləşən N saylı hərbi hissədə bayram konserti keçirilib. Xalxal, Ərmənət, Padar, Yemişənli, Böyük Söyüdlü kəndlərinin klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə məktəb şagirdləri də iştirak ediblər. Əsgərlərə bayram şirniyyatları paylanılıb. Məktəblilər şeirlər səsləndirib, əsgərlərlə birlikdə rəqs ediblər. 
   Sonda hərbi hissənin komandiri konsertin təşkilinə görə hər kəsə təşəkkürünü bildirib.