Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu "Koroğlu" dastanı ilə bağlı üç əlyazmadan ibarət toplu nəşr etdirib. Topluya daxil edilən birinci əlyazma "Koroğlunun şöhrəti ilə bağlı rəvayətlər", ikinci əlyazma folklorşünas Vəli Xuluflunun alman tədqiqatçı baron Avqustun tədqiqatını tərcümə etdiyi variant, üçüncü əlyazma isə tədqiqatçı Salman Mumtazın arxivindən götürülmüş "Koroğlu dastanındakı qoşma və gəraylılar"dır. Toplunun tərtibatçısı və öz söz müəllifi filologiya elmlər namizədi Əli Məmmədbağıroğlu, elmi redaktoru professor Faiq Çələbidir.