AMEA-nın Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Ramiz Əsgərin özbəkistanlı şair, naşir Babaxan Məhəmməd Şəriflə birgə hazırladığı “XX əsr özbək şeiri antologiyası” kitabı nəşr olunub. Kitaba Çolpan, Elbək, Batu, Qafur Qulam, Aybək, Uyğur, Maqsud Şeyxzadə, Mirtemir, Zülfüyə, Şükrulla, Mirəziz Əzəm, Həmid Alimcən, Osman Nasir, Tahir Kahhar kimi Azərbaycanda nisbətən tanınan şairlərlə yanaşı, Fəxriyyə, İqbal Mirzə, Səlim Aşur, Eşqabil Şükür və başqa şairlər haqqında da bilgi verilib. Ümumiyyətlə, kitaba 50 şairin şeirləri və özləri haqqında yığcam bilgi daxil edilib. Qeyd edək ki, bu, sadəcə özbək şairlərini Azərbaycanda tanıtmaq məqsədi daşımır, həm də Özbəkistanla Azərbaycan arasındakı ədəbi, mədəni, siyasi əlaqələrin inkişafına xidmət edir.