Moskvanın "Veçe" nəşriyyatında tanınmış türkoloq, professor Tofiq Məliklinin XX əsrdə türk dünyasının ən tanınmış şairlərindən biri Nazim Hikmətə həsr olunan "Nazim Hikmət: Poeziya və poetika" kitabı oxucuların ixtiyarına verilib. Sözügedən kitabda Türkiyə ədəbiyyatının ən maraqlı səhifələrindən biri - əsası Nazim Hikmət tərəfindən qoyulmuş “Yeni poeziya" cərəyanı ilk dəfə ətraflı tədqiq olunur. Müəllif həmin cərəyanın ən parlaq nümayəndəsinin ötən əsrin 50-ci illərində və 60-cı illərin əvvəlində Moskva həyatından və yaradıcılığından ətraflı söz açır. Qeyd edək ki, böyük türk şairinin yaradıcılığının son 25 ildə monoqrafik baxımdan ilk tədqiqatı olan bu əsər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki qardaş ölkənin mədəni ənənələrinin zənginləşməsinə bir töhfədir.