Mədəniyyət Nazirliyinin “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən gənclərin kitabxanalara cəlb edilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Kitab kafesi” (“Book cafe”) təşkil edilir.
   Belə məkanlardan biri də regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan MKS-də yaradılıb. Layihə barədə məlumat verən MKS-nin direktoru Havva Mirzəyeva “Kitab kafesi”nin yetişməkdə olan gənc nəslin, o cümlədən gənclərin kitabxanaya cəlb olunmasına, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edəcəyini deyib.