Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib. Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri, nümayəndəliklər üzrə baş məsləhətçilər, idarənin aparıcı məsləhətçiləri iştirak edib. 
   Regional idarənin rəisi Mehman Şükürov çıxış edərək idarənin strukturunda yeni kadr təyinatları haqqında danışıb. Mədəniyyət müəssisələrindəki problemlər, görüləcək işlər haqqında geniş məruzə edən M.Şükürov bildirib ki, birinci rübün yekunları qənaətbəxş olsa da, bu, arxayınlıq hissi yaratmamalıdır, daha da əzmlə çalışmaq lazımdır.
   O, həmçinin mədəni-kütləvi tədbirlərin keçirilməsi, işə davamiyyət, müəssisələrdə aparılan reydin nəticələri, ödənişli şərtlərlə mədəni xidmətin göstərilməsi qaydaları, inventarlaşdırma işlərinin aparılması, idarənin təşəbbüsü ilə yaradılan Xalq çalğı alətləri orkestri və Xor kollektivinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ulu öndərin anadan olmasının 95 illiyi münasibətilə keçiriləcək konsertə hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib.
   Daha sonra müəssisə rəhbərlərinin fikirləri dinlənilib.