Mayın 16-da "Türkologiya" jurnalının növbəti seminarında Türkiyənin Qazi Universitetinin professoru, həmyerlimiz Mehman Musaoğlu 典ürkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər" mövzusunda məruzə ilə çıxış edib.
   Seminarda jurnalın baş redaktorunun müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professorun elmi fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
   典ürkologiya" jurnalının nəzdində seminarların keçirilməsinin təşəbbüskarı nəşrin baş redaktoru, akademik Kamal Abdulladır. Seminarlar türkologiya elminin müxtəlif sahələrinə və aktuallıq kəsb edən məsələlərə həsr olunur.
   Seminarda məruzə ətrafında müzakirələr aparılıb.