Amerikalı milyarder Devid Rokfeller və həyat yoldaşı Peqqi Rokfellerin açıq hərraca çıxarılan rəsm, heykəl, keramika, mebel və dekorativ əsərlərdən ibarət incəsənət kolleksiyasından 832 milyon dollar gəlir əldə olunub.
   Bu, indiyədək ən yüksək qiymətlə satılan şəxsi sənət kolleksiyasıdır.
   Nyu-Yorkda “Christies" hərrac evi tərəfindən keçirilən hərracda kolleksiyadakı Pablo Pikassonun 1905-ci il tarixli "Çiçək səbətli gənc qız" tablosu ən yüksək qiymətə - 115 milyon dollara satılıb. Hərracdan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.
   Qeyd edək ki, Devid Rokfeller 2017-ci ildə 101 yaşında vəfat edib.