Tərcümə Mərkəzinin yeni layihəsi 
   
   Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində 鄭zərbaycan ədəbiyyatı virtual aləmdə" adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində ilk təqdimat dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. 
   Belarusun "Sozvuçiye" ədəbi portalı "İncilər xəzinəsi" ("Larets jemçujin") rubrikası altında Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.
   Layihənin ingilis, fransız, alman, türk, ərəb, Çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayımlanacağı nəzərdə tutulur.