Amerikalı yazıçı, müğənni, aktyor, Nobel mükafatçısı Bob Dilanın gitarası Nyu-Yorkda keçirilən hərracda 490 min dollara satılıb.
   Bu alət musiqiçinin ilk elektrogitaralarından biridir. O, qastrol zamanı həmin gitarada ifa edib. Qara rəngli "Fender Stratocaster" gitarası Bob Dilandan sonra kanadalı gitaraçı və ifaçı Robbi Robertsona məxsus olub.
   Xatırladaq ki, Bob Dilan 2016-cı ildə "Amerika mahnı ənənələri çərçivəsində yeni poetik ifadə forması yaradılmasına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.