Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdədir. Kollektiv Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq Cümhuriyyətinin və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyləri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə konsert proqramları ilə çıxış edəcək.
   Qeyd edək ki, məktəbin kollektivi bu yaxınlarda Türkiyədə səfərdə olub. Heyət Diasporla iş üzrə Dövlət Komitəsi ilə İstanbulun Maltəpə Bələdiyyəsinin birgə layihəsi üzrə yaradılan "Azərbaycan Xalq Cümhuriyyəti - 100 il" parkının açılış mərasimində iştirak edib.