Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Muğannanın 90 illiyinə həsr olunmuş “Ustad ömrü” adlı tədbir keçirilib. Tədbirdə şagirdlər, fəal oxucular,  mədəniyyət işçilərindən bir qrup iştirak edib.

Tədbirdə milli nəsrimizi öz əsərləri ilə zənginləşdirən, yaradıcılığında tarixi və müasir həyat həqiqətlərini dolğunluqla əks etdirən ustadın ömür yolu haqqında slayd nümayiş olunub. Vurğulanıb ki, İsa Muğanna bir sıra ekran əsərlərinin ssenari müəllifi kimi Azərbaycan kino tarixinə əvəzsiz töhfələr verib.

Sonda tədbir iştirakçıları ədibin ssenari müəllifi olduğu “Tütək səsi” filmini maraqla izləyiblər.