Yevlax şəhər Mərkəzi kitabxanasında şagirdlərin iştirakı ilə “Dünya uşaqların  dünyasıdır” adlı tədbir keçirilib. Şəhər MKS-nin  direktoru Vüsalə Məmmədova tədbiri açaraq uşaq və  yeniyetmələrin həyatında kitabın, mütaliənin əvəzsiz rolundan bəhs edib.

Daha sonra söz uşaqlara verilib. Onların “Tıq-tıq xanım” nağılı əsasında  hazırladıqları səhnəcik, “Bir qalanın sirri” bədii filmi əsasında nümayiş etdirdikləri “Kitabların rəqsi” səhnəciyi, ifa etdikləri rəqslər, mahnılar tədbir iştirakçıları  tərəfindən  böyük  maraqla  qarşılanıb.

 

* * *

 

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçiləri 3 saylı uşaq bağçasında və 3 saylı S.Vurğun adına məktəbdə olublar.

Kitabxanaçılar bağçaya apardıqları nağıl kitabları ilə balacaları sevindiriblər. Məktəbin 1 və 3-cü sinif şagirdlərinə səyyar kitabxana xidməti göstərilib, məktəblilərin kitabxanaya cəlb olunması üçün söhbət aparılıb.