Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə Vaqif Mustafayevin “Yaramaz” filmini bərpa edərək rus dilində elektron formata çevirib.
   Fonddan bildiriblər ki, rejissor Vaqif Mustafayevin 1988-ci ildə ekranlaşdırdığı filmin operatoru Aleksandr İlxovski, bəstəkarı Emin Sabitoğludur.
   Ramiz Fətəliyev və Vaqif Mustafayevin ssenari müəllifləri olduqları filmdə tanınmış aktyorlar çəkiliblər.