Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında “Narkomaniya ölümə aparan yoldur” adlı söhbət keçirilib.

MKS-nin direktor müavini Sevgili İbrahimova çıxış edərək bütün bəşəriyyət üçün çox təhlükəli bəla olan narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin, xüsusən yeniyetmə və gənclər arasında təbliğat işlərinin zəruriliyini vurğulayıb.

Tədbirdə iştirak edən valideynlər də dəhşətli bəlanın yayılması ilə övladlarının gələcəyi üçün narahat olduqlarını deyərək bu mövzuda daha çox tədbirlər keçirilməsinin vacibliyini qeyd ediblər.

Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.