Gəncənin Hacıkənd qəsəbəsində “Nizami Gəncəvi: sələflər və xələflər” muzeyi yaradılacaq. Son illər Gəncədə bir çox tarixi abidələrin bərpa edilir, yeni muzey və mədəniyyət mərkəzlərinin yaradılır, görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilir.

Hacıkənd qəsəbəsinin mərkəzində yeni salınmış parkın ərazisi daha da genişləndiriləcək. Parkın genişləndirilən hissəsində dünyanın qədim kitabxana və əlyazma institutlarında saxlanılan və həmin mənbələrdə adları qeyd edilmiş, Gəncə ədəbi-mədəni mühitinə aid olan digər görkəmli doqquz şəxsiyyətin heykəli ucaldılacaq.

Parkda heykəli ucaldılmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin, həmçinin ondan əvvəl və sonra yaşamış gəncəli şair, alim və filosofların qədim əlyazmalarının fotosurəti, həmin dövrü əks etdirən tarixi eksponatlar bir yerə toplanaraq inşa olunacaq “Nizami Gəncəvi: sələflər və xələflər” muzeyində nümayiş etdiriləcək.